🏠
×
Sərvətlərinin və saylarının çox olmasına güvənərlər - Ayə Axtar
Sərvətlərinin və saylarının çox olmasına güvənərlər
1.
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o inkar edən donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz! (Bəqərə surəsi, 258)
2.
Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər. (Səba surəsi, 35)
3.
Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?! (Zuxruf surəsi, 51)
4.
O, heç kəsin ona gücü çatmayacağınımı zənn edir? (Bələd surəsi, 5)
5.
O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir. (Bələd surəsi, 6)
6.
Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi. (Kəhf surəsi, 34)
7.
O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər. (Hüməzə surəsi, 3)
8.
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər. (Məryəm surəsi, 75)
9.
Onun mal-mülkü və övladları olsa belə! (Qələm surəsi, 14)
10.
Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər. (Qələm surəsi, 15)
11.
Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki, (Təkasur surəsi, 1)
12.
Hətta qəbirləri də ziyarət etdiniz. (Təkasur surəsi, 2)