🏠
×
Peyğəmbərlərə təkəbbür göstərərlər - Ayə Axtar
Peyğəmbərlərə təkəbbür göstərərlər
1.
Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz. (Bəqərə surəsi, 87)