Onlar: “Allah Özünə övlad götürmüşdür”, - dedilər. O, pakdır (bu kimi sifətlərdən uzaqdır). Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Hər bir şey Ona itaət edir. (Bəqərə surəsi, 116)
Yəhudilər: “Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl inkar edən olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər. (Tövbə surəsi, 30)