Bilin ki, onlar yalandan belə deyirlər: (Saffat surəsi, 151)
“Allahın övladı var”. Şübhəsiz ki, onlar yalançıdırlar. (Saffat surəsi, 152)
Məgər Allah oğlanları qoyub qızları seçmişdir? (Saffat surəsi, 153)
Sizə nə olub? Bu qərara necə gəlirsiniz? (Saffat surəsi, 154)
Heç düşünmürsünüzmü? (Saffat surəsi, 155)
Yoxsa sizin (buna dair) açıq bir dəlilinizmi var? (Saffat surəsi, 156)
Əgər doğru söyləyirsinizsə, kitabınızı gətirin! (Saffat surəsi, 157)