Yer şiddətlə titrəyəcəyi zaman, (Zəlzələ surəsi, 1)
Yer öz yükünü çıxardacağı zaman, (Zəlzələ surəsi, 2)
Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman, (Zəlzələ surəsi, 3)
O gün yer şahid olduğu hər şeyi xəbər verəcək. (Zəlzələ surəsi, 4)
Çünki bunu ona Rəbbin vəhy etmişdir. (Zəlzələ surəsi, 5)
Sura bir dəfə üfürüləcəyi zaman, (Haqqə surəsi, 13)
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman, (Haqqə surəsi, 14)
Məhz o gün qiyamət qopacaqdır. (Haqqə surəsi, 15)
Göy yarıldı və çatladı; artıq həmin gün o, “bükülüb-zəifləmişdir”. (Haqqə surəsi, 16)
Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz. (Nəbə surəsi, 18)
Göydə bir çox qapılar açılacaqdır. (Nəbə surəsi, 19)
Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır. (Nəbə surəsi, 20)
Dağlar parçalanıb ovxalanaraq - (Vaqiə surəsi, 5)
Səpələnmiş toz kimi olduğu zaman, (Vaqiə surəsi, 6)
O gün göy əridilmiş metal kimi olacaq. (Məaric surəsi, 8)
Dağlar da didilmiş rəngarəng yun kimi olacaq. (Məaric surəsi, 9)
O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik. (Ənbiya surəsi, 104)
(Ey elçi!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır. (Taha surəsi, 105)
Beləcə, oranı dümdüz edəcəkdir. (Taha surəsi, 106)
Orada nə bir eniş, nə də bir yoxuş görə bilərsən”. (Taha surəsi, 107)