Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”. (Zumər surəsi, 15)
O gün Rəhmanın izin verdiyi və söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir. (Taha surəsi, 109)
O gün onlardan hər birinin yetərincə işi olacaq. (Əbəsə surəsi, 37)
O gün insan qaçacaq öz qardaşından, (Əbəsə surəsi, 34)
Anasından, atasından, (Əbəsə surəsi, 35)
Heç bir dost öz dostunun halını soruşmayacaq. (Məaric surəsi, 10)