O, kimini alçaldar, kimini də ucaldar. (Vaqiə surəsi, 3)
(Ey elçi!) Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?! (Mürsəlat surəsi, 14)
O gün haqqı yalanlayanların vay halına! (Mürsəlat surəsi, 15)
Onlar: “Vay halımıza! Bu, haqq-hesab günüdür!” - deyəcəklər. (Saffat surəsi, 20)
Bu, yalanladığınız (yaxşı ilə pisi) ayırd etmə günüdür. (Saffat surəsi, 21)