Onlar hündür döşəklərdə oturacaqlar. (Vaqiə surəsi, 34)
Yan-yana düzülmüş yastıqlar, (Ğaşiyə surəsi, 15)
Sərilmiş xalılar vardır. (Ğaşiyə surəsi, 16)
(Cənnət əhli) yaşıl mütəkkələrə və gözəl naxışlı döşəkcələrə söykənəcəklər. (Rəhman surəsi, 76)
(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır. (Rəhman surəsi, 54)