🏠
×
Cənnətdəki yemək və içkilər - Ayə Axtar
Cənnətdəki yemək və içkilər
1.
Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir. (Mutaffifin surəsi, 25)
2.
Onun sonu müşkdür (içildikdən sonra müşk qoxusu verər). Qoy yarışanlar bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 26)
3.
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?! (Məhəmməd surəsi, 15)
4.
Çoxlu meyvələr arasında olacaqlar. (Vaqiə surəsi, 32)
5.
O məyvələr nə tükənər, nə də qadağan olunar. (Vaqiə surəsi, 33)
6.
Onlar tikansız sidr ağacları arasında, (Vaqiə surəsi, 28)
7.
(Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında, (Vaqiə surəsi, 29)
8.
(Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə! (Vaqiə surəsi, 18)
9.
Ondan nə başları ağrıyar, nə də ağılları gedər. (Vaqiə surəsi, 19)
10.
(Onlar üçün) bəyəndikləri meyvələr, (Vaqiə surəsi, 20)
11.
Arzuladıqları quş əti, (Vaqiə surəsi, 21)
12.
Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır. (Saffat surəsi, 45)
13.
O (qədəhlərdəki içki), ağappaqdır, içənlərə ləzzət verər. (Saffat surəsi, 46)
14.
O nə başağrısı verər, nə də onunla sərxoş olarlar. (Saffat surəsi, 47)
15.
Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir – (Saffat surəsi, 42)
16.
Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər. (İnsan surəsi, 5)
17.
Allahın bəndələrinin içdiyi çeşmədən! Onu (istədikləri tərəfə) axıdacaqlar. (İnsan surəsi, 6)
18.
(Çeşmə başlarına) qoyulmuş qədəhlər, (Ğaşiyə surəsi, 14)
19.
Bağlar, üzümlüklər, (Nəbə surəsi, 32)
20.
Onların əynində taftadan və atlazdan yaşıl paltarlar vardır. Onlar gümüş bilərziklərlər bəzəniblər. Rəbbi onlara tərtəmiz içki içirər. (İnsan surəsi, 21)
21.
(Meyvələrin) kölgələri onlara çox yaxındır və onların dərilməsi çox asanlaşdırılıb. (İnsan surəsi, 14)
22.
Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır. (İnsan surəsi, 15)
23.
Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar. (İnsan surəsi, 16)
24.
Orada onlara qarışığı zəncəfil olan içki içirilir. (İnsan surəsi, 17)
25.
İkisində də hər cür meyvə, xurma və nar vardır. (Rəhman surəsi, 68)
26.
(İçki ilə) dolu qədəhlər! (Nəbə surəsi, 34)