Onların quru tikandan başqa yeməkləri olmayacaqdır. (Ğaşiyə surəsi, 6)
(O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər. (Ğaşiyə surəsi, 7)
Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı? (Saffat surəsi, 62)
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. (Saffat surəsi, 63)
Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır. (Saffat surəsi, 64)
Onun tumurcuqları şeytanların başlarına bənzəyir. (Saffat surəsi, 65)
Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz. (Vaqiə surəsi, 52)
Qarınlarınızı onunla dolduracaqsınız. (Vaqiə surəsi, 53)
Bir də boğazdan keçməyən yemək və ağrılı-acılı bir əzab vardır. (Müzzəmmil surəsi, 13)
Zəqqum ağacı! (Duxan surəsi, 43)
O, günahkarların yeməyidir. (Duxan surəsi, 44)
O, əridilmiş yağ kimi qarınlarda qaynayar. (Duxan surəsi, 45)
Qaynayan su kimi! (Duxan surəsi, 46)