🏠
×
Etmiş olduqlarından ötəri peşman olacaqlar - Ayə Axtar
Etmiş olduqlarından ötəri peşman olacaqlar
1.
Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha itaət edəydik! Kaş elçiyə itaət edəydik!” - deyəcəklər. (Əhzab surəsi, 66)
2.
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir elçi gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”. (Mülk surəsi, 9)
3.
Onlar: “Əgər (elçiləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər. (Mülk surəsi, 10)
4.
Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun! (Mülk surəsi, 11)
5.
Onlar orada (bütləri ilə) mübahisə edərək belə deyərlər: (Şuəra surəsi, 96)
6.
“Allaha and olsun ki, biz açıq-aydın bir zəlalət içindəydik! (Şuəra surəsi, 97)
7.
Çünki biz sizi aləmlərin Rəbbi ilə bir tuturduq. (Şuəra surəsi, 98)
8.
Bizi günahkarlar azdırdı. (Şuəra surəsi, 99)
9.
Artıq bizim heç bir şəfaətçimiz yoxdur. (Şuəra surəsi, 100)
10.
Heç bir yaxın dostumuz da yoxdur. (Şuəra surəsi, 101)
11.
Təkrar dünyaya qayıda bilsəydik, biz də möminlərdən olardıq”. (Şuəra surəsi, 102)
12.
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların əksəriyyəti iman etməz. (Şuəra surəsi, 103)
13.
Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin. (Ənam surəsi, 27)