Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan (dünyada ikən) etdiyi əməllərinə baxacaqdır. İnkar edən isə: “Kaş mən torpaq olaydım!” - deyəcəkdir. (Nəbə surəsi, 40)
Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar. (Furqan surəsi, 13)
(Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!” (Furqan surəsi, 14)
Onlar: “Ey Malik! Rəbbin bizim canımızı alsın!” - deyə səslənəcəklər. O da: “Siz (bu vəziyyətdə) qalacaqsınız!” - deyəcəkdir. (Zuxruf surəsi, 77)
“Həqiqətən, Biz sizə haqqı gətirmişdik, lakin sizin çoxunuz haqqı xoşlamırdı”. (Zuxruf surəsi, 78)