İnkar edənlər Məni qoyub bəndələrimi özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi inkar edənlər üçün məskən olaraq hazırladıq. (Kəhf surəsi, 102)
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkar edənlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu inkar edənlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!” (Həcc surəsi, 72)
O, azğınların gedəcəyi yerdir. (Nəbə surəsi, 22)