O gün münafiq kişi və qadınlar iman edənlərə: “Bizi gözləyin ki, nurunuzdan bir az alaq!” - deyəcəklər. Onlara: “Geri qayıdın və özünüzə nur axtarın!” - deyiləcəkdir. Nəhayət, onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır. (Hədid surəsi, 13)