Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir. (Əraf surəsi, 200)
Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 201)
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! (Muminun surəsi, 97)
Ey Rəbbim! Onların mənə yaxın gəlməsindən də Sənə sığınıram!” (Muminun surəsi, 98)
Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!” (Ali İmran surəsi, 36)