🏠
×
İman etmək üçün möcüzə görməyi istəyənlər - Ayə Axtar
İman etmək üçün möcüzə görməyi istəyənlər
1.
Onlar: “Ona (elçiyə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” - dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz. (Ənam surəsi, 37)
2.
Allaha qəlbən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman etməyəcəklərini bilmirsinizmi?” (Ənam surəsi, 109)
3.
Onlar: “Ona (Məhəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”. (Yunis surəsi, 20)
4.
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Ənam surəsi, 8)