Ayələrimiz onlara oxunduğu zaman dedilər ki: “Eşitdik. İstəsəydik, biz də bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”. (Ənfal surəsi, 31)
Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər. (Qələm surəsi, 15)
Əlbəttə, bu, bizə də, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”. (Muminun surəsi, 83)