🏠
×
Allahın varlığını bildiyi halda iman etməyənlər - Ayə Axtar
Allahın varlığını bildiyi halda iman etməyənlər
1.
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?! (Yunis surəsi, 31)
2.
Əgər onlardan: “Göyləri və yeri kim yaratdı?” - deyə soruşsan, onlar: “Allah!” - deyəcəklər. De ki: “Həmd Allaha məxsusdur!” Lakin onların çoxu bilməz. (Loğman surəsi, 25)
3.
Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?! (Zuxruf surəsi, 87)
4.
İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki, Allahın kəlamını dinləyib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)