🏠
×
Möminlər peyğəmbərə qarşı son dərəcə hörmətcil və itaətlidir - Ayə Axtar
Möminlər peyğəmbərə qarşı son dərəcə hörmətcil və itaətlidir
1.
Allaha və Rəsuluna iman edəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz. (Fəth surəsi, 9)
2.
Möminlər yalnız Allaha və elçisinə iman etmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (elçi ilə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey elçi!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun elçisinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Nur surəsi, 62)