🏠
×
İnkar edənlər zənginliklərinin özlərini axirətdə qurtaracağını düşünürlər - Ayə Axtar
İnkar edənlər zənginliklərinin özlərini axirətdə qurtaracağını düşünürlər
1.
Biz hansı bir məmləkətə xəbərdar edən bir elçi göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər. (Səba surəsi, 34)
2.
Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər. (Səba surəsi, 35)
3.
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”. (Səba surəsi, 36)
4.
Əraf əhli üzlərindən tanıdıqları (cəhənnəm əhlindən olan) adamlara səslənərək deyərlər: “Nə yığdıqlarınız, nə də təkəbbürləndiyiniz şeylər sizə bir fayda verdi! (Əraf surəsi, 48)