🏠
×
Vicdan - Ayə Axtar
Vicdan
1.
Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax! (Nəml surəsi, 14)
2.
Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər. (Ənbiya surəsi, 64)
3.
Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”. (Ənbiya surəsi, 65)
4.
Ey kitab əhli! Nə üçün həqiqətə yalan donu geyindirirsiniz və bilə-bilə həqiqəti gizlədirsiniz? (Ali İmran surəsi, 71)