🏠
×
Cahillərdən üz çevirmək - Ayə Axtar
Cahillərdən üz çevirmək
1.
Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər. (Furqan surəsi, 63)
2.
Ayələrimizi ələ salanları gördüyün zaman onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur! Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma! (Ənam surəsi, 68)
3.
Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, - deyərlər. (Qəsas surəsi, 55)