Ey iman edən bəndələrim! Şübhəsiz ki, Mənim yer üzüm genişdir. Yalnız Mənə ibadət edin! (Ənkəbut surəsi, 56)
Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizə gələcək acı günün əzabından qorxuram”. (Hud surəsi, 26)
Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Mən Onun tərəfindən sizi xəbərdar etmək və müjdələmək üçün göndərilmişəm. (Hud surəsi, 2)
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)
Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!” (Rad surəsi, 36)
De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verə bilən şeylərəmi ibadət edirsiniz?! Allah hər şeyi eşidəndir, biləndir”. (Maidə surəsi, 76)