🏠
×
Peyğəmbərləri müdafiə edib dəstəkləmək - Ayə Axtar
Peyğəmbərləri müdafiə edib dəstəkləmək
1.
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi (təhsili olmayan) elçi olan rəsula tabe olanlara o elçi yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki zincirləri götürər. O kəslər ki, elçiyə iman edər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Əraf surəsi, 157)
2.
Allaha və Rəsuluna iman edəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz. (Fəth surəsi, 9)