🏠
×
Səhvdən sonra dərhal bağışlanma diləmək - Ayə Axtar
Səhvdən sonra dərhal bağışlanma diləmək
1.
O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) bilə-bilə israr etməzlər. (Ali İmran surəsi, 135)
2.
Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Nisa surəsi, 17)