“Sizi Səqərə (cəhənnəmə) salan nə idi?” (Müddəssir surəsi, 42)
Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. (Müddəssir surəsi, 43)
Yoxsulu yedirtməzdik. (Müddəssir surəsi, 44)
Çünki o, əzəmətli Allaha inanmırdı. (Haqqə surəsi, 33)
O, (insanları) yoxsulu doyuzdurmağa təşviq etmirdi. (Haqqə surəsi, 34)
Ona görə də bu gün burada onun heç bir yaxın dostu yoxdur. (Haqqə surəsi, 35)
Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (İnsan surəsi, 8)