🏠
×
Sözləri və əhdləri yerinə yetirmək - Ayə Axtar
Sözləri və əhdləri yerinə yetirmək
1.
O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər. (Məaric surəsi, 32)
2.
Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir. (Rad surəsi, 20)
3.
Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər. (Ali İmran surəsi, 76)