// soz.php
🏠
×
ÜSTÜNLÜK - Ayə Axtar
ÜSTÜNLÜK
1.
Onların bir qismini digərlərindən necə üstün tutduğumuza bax! Şübhəsiz ki, axirət dərəcə və üstünlük cəhətdən daha böyükdür. (İsra surəsi, 21)
2.
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi. (Nəml surəsi, 16)
3.
Ruhdan düşməyin və kədərlənməyin! Əgər həqiqətən iman etmisinizsə, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139)
4.
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)