Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki elçilərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər. (Ənbiya surəsi, 5)
Şairlərə gəldikdə, onlara azğınlar tabe olar. (Şuəra surəsi, 224)
Və belə deyirdilər: “Bəyəm divanə bir şair üçün ilahlarımızı tərk edəcəyik?” (Saffat surəsi, 36)
Yoxsa onlar: “O şairdir. Biz onun zəmanənin fəlakətlərinə düçar olmasını (ölməsini) gözləyirik”, - deyirlər?! (Tur surəsi, 30)
Bu, uydurma söz deyildir. Nə qədər də az inanırsınız! (Haqqə surəsi, 41)