// soz.php
🏠
×
ƏBU LƏHƏB - Ayə Axtar
ƏBU LƏHƏB
1.
Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Məsəd surəsi, 1)
2.
Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi. (Məsəd surəsi, 2)
3.
O, alovlu bir oda girəcəkdir. (Məsəd surəsi, 3)
4.
Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). (Məsəd surəsi, 4)
5.
Arvadının boynunda xurma lifindən ip olacaqdır. (Məsəd surəsi, 5)