// soz.php
🏠
×
ƏMƏL DƏFTƏRİ - Ayə Axtar
ƏMƏL DƏFTƏRİ
1.
Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq. (İsra surəsi, 13)
2.
Yer Rəbbin nuru ilə aydınlandı; (ortaya) kitab qoyuldu; elçilər və şahidlər gətirildi, onların arasında haqq ilə hökm verildi və onlara heç bir haqsızlıq edilmədi. (Zumər surəsi, 69)
3.
Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir. (Müddəssir surəsi, 52)
4.
Səhifələr (əməl dəftərləri) açılacağı zaman, (Təkvir surəsi, 10)
5.
Xeyr! Şübhəsiz, günahkarların əməl dəftəri Siccindədir! (Mutaffifin surəsi, 7)
6.
Xeyr! Şübhəsiz, günahkarların əməl dəftəri Siccindədir! (Mutaffifin surəsi, 7)
7.
O, yazılmış bir kitabdır. (Mutaffifin surəsi, 9)
8.
Kimin əməl dəftəri sağ tərəfindən verilərsə, (İnşiqaq surəsi, 7)
9.
Onun haqq-hesabı asan olacaq, (İnşiqaq surəsi, 8)
10.
Və sevinərək ailəsinin yanına qayıdacaqdır. (İnşiqaq surəsi, 9)
11.
Ancaq kimin əməl dəftəri arxa tərəfindən verilərsə, (İnşiqaq surəsi, 10)
12.
O, yox olmaq (ölmək) istəyəcək, (İnşiqaq surəsi, 11)
13.
Və alovlu oda girəcəkdir. (İnşiqaq surəsi, 12)