// soz.php
🏠
×
FASİQ - Ayə Axtar
FASİQ
1.
Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman edənlər onun Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. İnkar edənlər isə: “Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar. (Bəqərə surəsi, 26)
2.
Şübhəsiz ki, Biz sənə açıq-aydın ayələr nazil etdik. Onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)
3.
Kim bundan sonra (haqq yoldan)üz döndərərsə, onlar əsil fasiqlərdir. (Ali İmran surəsi, 82)
4.
(Musa) dedi: “Ey Rəbbim! Mən özümdən və qardaşımdan başqasına hakim ola (söz keçirə) bilmirəm. Bizimlə günahkar qövmün arasını ayır!” (Maidə surəsi, 25)
5.
(Allah) buyurdu: “Elə isə ora qırx il onlara haram edilmişdir. (Bu müddət ərzində) onlar yer üzündə çaşqınlıq içində gəzib dolaşacaqlar. Ona görə də günahkar qövm üçün kədərlənmə!” (Maidə surəsi, 26)
6.
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır. (Maidə surəsi, 47)
7.
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir. (Maidə surəsi, 49)
8.
De: “Ey kitab əhli! Biz Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənlərə iman edirik deyəmi bizə qarşı kin bəsləyirsiniz? Həqiqətən, sizin çoxunuz (haqq yoldan çıxmış) fasiqlərdir. (Maidə surəsi, 59)
9.
Əgər onlar Allaha, elçiyə və ona nazil edilənə iman etsəydilər, onları (inkar edənləri) özlərinə dost tutmazdılar. Lakin onlardan çoxu (haqq yoldan çıxmış) fasiqlərdir. (Maidə surəsi, 81)
10.
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola yönəltməz. (Maidə surəsi, 108)
11.
Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən, onların əksəriyyətinin günahkar kimsələr olduğunu gördük. (Əraf surəsi, 102)
12.
(Din barəsində) hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et! Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. (Əraf surəsi, 145)
13.
(Onlarla müqavilə) necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbi rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir. (Tövbə surəsi, 8)
14.
De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)
15.
De: “Malınızı istər könüllü, istərsə də könülsüz xərcləyin, (bu sədəqələr) sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq (haqq yoldan çıxmış) bir tayfa oldunuz. (Tövbə surəsi, 53)
16.
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun elçisini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz. (Tövbə surəsi, 80)
17.
Onlardan ölən heç kəsin cənazəsinə qatılma və qəbri başında durma! Çünki onlar Allahı və Onun elçisini inkar etdilər və fasiq olaraq öldülər. (Tövbə surəsi, 84)
18.
Onlardan razı qalasınız deyə, qarşınızda and içərlər. Siz onlardan razı qalsanız belə, şübhəsiz, Allah fasiqlər tayfasından razı olmaz. (Tövbə surəsi, 96)
19.
Beləcə, Rəbbinin fasiqlər haqqındakı “Onlar iman etməzlər!” sözü gerçək oldu. (Yunis surəsi, 33)
20.
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir. (Nur surəsi, 4)
21.
Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir. (Nur surəsi, 55)
22.
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Bu, Firon və onun qövmünə göstəriləcək doqquz möcüzədən biridir. Həqiqətən, onlar fasiq bir qövmdür”. (Nəml surəsi, 12)
23.
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Əlini özünə çək ki, qorxun keçsin! Bunlar Firona və onun əyanlarına qarşı Rəbbin tərəfindən iki dəlildir. Həqiqətən, onlar fasiqlərdir”. (Qəsas surəsi, 32)
24.
Etdikləri günahlara görə bu məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”. (Ənkəbut surəsi, 34)
25.
Elə isə, mömin ilə fasiq bir olarmı?! Onlar eyni ola bilməzlər! (Səcdə surəsi, 18)
26.
Fasiqlərə gəldikdə isə, onların qalacaqları yer cəhənnəmdir. Onlar hər dəfə oradan çıxmaq istədikdə, ora qaytarılacaqlar və onlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyiləcəkdir. (Səcdə surəsi, 20)
27.
Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq idilər. (Zuxruf surəsi, 54)
28.
İnkar edənlər cəhənnəmin qarşısına gətirildikləri gün (onlara belə deyiləcək): “Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə və haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)
29.
Əzmkar (ülül-əzm) elçilərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Əhqaf surəsi, 35)
30.
Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz. (Hucurat surəsi, 6)
31.
Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır. (Hucurat surəsi, 11)
32.
Daha əvvəl Nuh qövmünü də (məhv etmişdik). Çünki onlar fasiq bir qövm idilər. (Zəriyət surəsi, 46)
33.
İman edənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlbinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (elçilərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbi sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir. (Hədid surəsi, 16)
34.
Biz Nuhu və İbrahimi də elçi olaraq göndərdik. Onların nəslinə elçilik və kitab verdik. Onlardan doğru yolda olanlar da vardır, lakin əksəriyyəti fasiqlərdir. (Hədid surəsi, 26)
35.
Sonra onların ardınca elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlbinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman edənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir. (Hədid surəsi, 27)
36.
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür. (Həşr surəsi, 5)
37.
Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr surəsi, 19)
38.
Bir vaxtlar Musa öz qövmünə: “Ey qövmüm! Mənim Allahın sizə (göndərdiyi) elçisi olduğumu bildiyiniz halda nə üçün məni incidirsiniz?” - demişdi. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlbini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz. (Saff surəsi, 5)
39.
Onlar üçün məğfirət diləsən də, diləməsən də eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola yönəltməz. (Münafiqun surəsi, 6)