// soz.php
🏠
×
GÖZƏTÇİ - Ayə Axtar
GÖZƏTÇİ
1.
İnkar edənlər dəstə-dəstə Cəhənnəmə göndərildilər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri onlara: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən elçilər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü inkar edənlərin üzərinə vacib olmuşdur. (Zumər surəsi, 71)
2.
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər. (Zumər surəsi, 73)
3.
Cəhənnəmdəkilər cəhənnəm gözətçilərinə: “Rəbbinizə dua edin ki, bircə gün də olsa əzabımızı yüngülləşdirsin!” - deyəcəklər. (Mömin surəsi, 49)
4.
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir elçi gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar. (Mülk surəsi, 8)