Şübhəsiz ki, Biz Musaya: “Bəndələrimlə birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik. (Taha surəsi, 77)
Biz Musaya: “Bəndələrimlə gecə yola çıx! Şübhəsiz ki, siz (Firon və ordusu tərəfindən) təqib ediləcəksiniz”, - deyə vəhy etdik. (Şuəra surəsi, 52)
Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir. (Loğman surəsi, 19)
(Allah buyurdu:) “Bəndələrim (İsrail oğulları) ilə birlikdə gecə yola çıx! Siz (Firon ordusu tərəfindən) təqib olunacaqsınız. (Duxan surəsi, 23)
Dağlar hərəkət edəcəkdir. (Tur surəsi, 10)