// soz.php
🏠
×
MÜSTAĞNİ - Ayə Axtar
MÜSTAĞNİ
1.
Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir. (Ənkəbut surəsi, 6)
2.
Bu ona görədir ki, elçiləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir. (Təğabun surəsi, 6)
3.
Ancaq (öyüd-nəsihətə) ehtiyac duymayana gəldikdə, (Əbəsə surəsi, 5)
4.
Sən ona yönəlirsən. (Əbəsə surəsi, 6)
5.
Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən. (Əbəsə surəsi, 7)
6.
Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz, (Leyl surəsi, 8)
7.
Və ən gözəl olanı təkzib edərsə, (Leyl surəsi, 9)
8.
Onun üçün də ən çətin olanı asanlaşdırarıq. (Leyl surəsi, 10)
9.
Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. (Ələq surəsi, 6)
10.
Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür. (Ələq surəsi, 7)