(Ey elçi!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi. (Sad surəsi, 17)
(Ey elçi!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et! (Sad surəsi, 45)
İsmaili, əl-Yəsəni və Zül-Kifli də yad et! Onların hamısı ən xeyirli kimsələrdəndirlər. (Sad surəsi, 48)