Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır. (Saffat surəsi, 45)
Onlar orada qədəh-qədəhə vuracaqlar. Orada (içki səbəbilə) nə boşboğazlıq, nə də günaha girmə vardır. (Tur surəsi, 23)
(Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə! (Vaqiə surəsi, 18)
Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər. (İnsan surəsi, 5)
Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır. (İnsan surəsi, 15)
Orada onlara qarışığı zəncəfil olan içki içirilir. (İnsan surəsi, 17)
(İçki ilə) dolu qədəhlər! (Nəbə surəsi, 34)