Onlar: “Biz bu qədər çox olduğumuz halda qurd onu yeyərsə, o zaman biz aciz olarıq axı!” - dedilər. (Yusif surəsi, 14)
Onlar dedilər: “Ay ata! Biz bir-birimizlə yarışmaq üçün (uzağa) getmişdik. Yusifi də əşyalarımızın yanında qoymuşduq. Bir də gördük ki, qurd onu yeyib. Biz doğru söyləsək də, sən bizə inanmayacaqsan”. (Yusif surəsi, 17)