// soz.php
🏠
×
SƏHİFƏ - Ayə Axtar
SƏHİFƏ
1.
O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik. (Ənbiya surəsi, 104)
2.
Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz elçilərini) yalanlamışdılar. Elçiləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər. (Fatir surəsi, 25)
3.
Yoxsa Musanın səhifələrində olanlar ona xəbər verilmədimi?! (Nəcm surəsi, 36)
4.
Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir. (Müddəssir surəsi, 52)
5.
O (Quran) çox şərəfli səhifələrdədir, (Əbəsə surəsi, 13)
6.
Səhifələr (əməl dəftərləri) açılacağı zaman, (Təkvir surəsi, 10)
7.
Həqiqətən, bunlar əvvəlki kitablarda da mövcuddur (Əla surəsi, 18)
8.
İbrahimin və Musanın səhifələrində. (Əla surəsi, 19)
9.
Bu dəlil Allah tərəfindən göndərilən və tərtəmiz səhifələri oxuyan bir elçidir. (Beyyinə surəsi, 2)