Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?! Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Onlara göydən bol yağış göndərmiş və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahları səbəbilə məhv etdik və onlardan sonra başqa nəsillər yaratdıq. (Ənam surəsi, 6)
Əraf əhli üzlərindən tanıdıqları (cəhənnəm əhlindən olan) adamlara səslənərək deyərlər: “Nə yığdıqlarınız, nə də təkəbbürləndiyiniz şeylər sizə bir fayda verdi! (Əraf surəsi, 48)
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!” (Əraf surəsi, 74)
“Allaha iman edin və Onun elçisi ilə bərabər cihad edin!” - deyə bir surə nazil edildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istəyər və: “Qoy biz (evdə) oturanlarla birlikdə qalaq!” - deyərlər. (Tövbə surəsi, 86)
Allahın (fəth edilən) məmləkətlərin xalqından elçisinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, elçiyə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Elçi sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir. (Həşr surəsi, 7)
Xeyr! Biz məhrum edilmişik”. (Qələm surəsi, 27)
Mal-mülk yığıb saxlayanı da. (Məaric surəsi, 18)
Nemət içində üzüb haqqı yalanlayanları Mənə burax və onlara bir az möhlət ver! (Müzzəmmil surəsi, 11)
Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki, (Təkasur surəsi, 1)