Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar. (Ali İmran surəsi, 170)
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər. (Tövbə surəsi, 50)
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər. (Furqan surəsi, 22)
İman edib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar. (Rum surəsi, 15)
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir. (Rum surəsi, 32)
Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər. (Yasin surəsi, 55)
Zövcənizlə birlikdə sevinc içində cənnətə daxil olun!” (Zuxruf surəsi, 70)
Ləzzət aldıqları nemətləri. (Duxan surəsi, 27)
Rəbbinin onlara verdiyi nemətlərlə səfa sürəcəklər. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. (Tur surəsi, 18)
Gecə (ibadət üçün) qalxmaq daha təsirli və (Quran) oxumaq üçün daha münasibdir. (Müzzəmmil surəsi, 6)
Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. (İnsan surəsi, 11)
Güləcək və sevinəcəkdir. (Əbəsə surəsi, 39)
Həqiqətən, günahkarlar iman edənlərə gülürdülər. (Mutaffifin surəsi, 29)
Onların yanından keçdikləri zaman bir-birinə qaş-göz edirdilər. (Mutaffifin surəsi, 30)
Öz ailələrinin yanına (bu etdikləri ilə) fərəhlənərək qayıdırdılar. (Mutaffifin surəsi, 31)
Və sevinərək ailəsinin yanına qayıdacaqdır. (İnşiqaq surəsi, 9)
O, (dünyada ikən) ailəsinin yanında sevincli idi. (İnşiqaq surəsi, 13)