Sonra duman halında olan səmaya yönəldi. Ona və yerə: “Könüllü ya da könülsüz olaraq gəlin!” - dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər. (Fussilət surəsi, 11)
Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə! (Duxan surəsi, 10)
O duman insanları bürüyəcəkdir. Bu, acı bir əzabdır. (Duxan surəsi, 11)
Toz-torpaq qaldıran küləklərə, (Zəriyət surəsi, 1)
Sizin üstünüzə oddan bir alov və tüstü göndərilər və siz bir-birinizə kömək də edə bilməzsiniz. (Rəhman surəsi, 35)
Səpələnmiş toz kimi olduğu zaman, (Vaqiə surəsi, 6)
Qapqara tüstü kölgəsi altında olacaqlar. (Vaqiə surəsi, 43)
And olsun toz qopardan atlara! (Adiyat surəsi, 4)