Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız. (Ənam surəsi, 152)
O gün tərəzi (əməllərin tərəziyə qoyulması) haqdır. Kimin çəkisi (savabları) ağır gələrsə, əsil xilas olan onlardır. (Əraf surəsi, 8)
Kimin çəkisi (savabları) yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərinə zülm edən kimsələrdir. (Əraf surəsi, 9)
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85)
Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin! Mən sizin rifah içində yaşadığınızı görürəm və sizi bürüyəcək bir günün əzabından qorxuram. (Hud surəsi, 84)
Ey qövmüm, ölçüdə və çəkidə ədalətə riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin! (Hud surəsi, 85)
Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir. (İsra surəsi, 35)
Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq. (Kəhf surəsi, 105)
Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır. (Muminun surəsi, 102)
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. (Muminun surəsi, 103)
Düzgün tərəzi ilə çəkin! (Şuəra surəsi, 182)
Tərəzidə ədalətə riayət edin və çəkini əskiltməyin! (Rəhman surəsi, 9)
(O gün) kimin (yaxşı əməl) tərəzisi ağır gələrsə, (Qariə surəsi, 6)
O, razı qalacağı bir həyat sürəcəkdir. (Qariə surəsi, 7)
Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə, (Qariə surəsi, 8)
Onun anası (sığınacağı yer) Haviyədir. (Qariə surəsi, 9)