Xəndək əhli öldürüldü. (Büruc surəsi, 4)
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı. (Büruc surəsi, 5)
O zaman onlar xəndəyin ətrafında oturub, (Büruc surəsi, 6)
Möminlərə etdiklərini seyr edirdilər. (Büruc surəsi, 7)
Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman etdikləri üçün intiqam alırdılar. (Büruc surəsi, 8)