// soz.php
🏠
×
ZƏQQUM - Ayə Axtar
ZƏQQUM
1.
Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı? (Saffat surəsi, 62)
2.
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. (Saffat surəsi, 63)
3.
Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır. (Saffat surəsi, 64)
4.
Onun tumurcuqları şeytanların başlarına bənzəyir. (Saffat surəsi, 65)
5.
Onlar mütləq ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. (Saffat surəsi, 66)
6.
Zəqqum ağacı! (Duxan surəsi, 43)
7.
O, günahkarların yeməyidir. (Duxan surəsi, 44)
8.
O, əridilmiş yağ kimi qarınlarda qaynayar. (Duxan surəsi, 45)
9.
Qaynayan su kimi! (Duxan surəsi, 46)
10.
Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz. (Vaqiə surəsi, 52)
11.
Qarınlarınızı onunla dolduracaqsınız. (Vaqiə surəsi, 53)