Ş
|
Şahid: Bir haqqın isbat edilməsində şahidlik etmək, öz gözləri ilə görmək. Görən, şahid olan.
|
Şahidlik: Şahid olma, hadisənin keçdiyi yerdə olmaq. Hazır olma. Bəsirət, müşahidə, müşahidə nəticəsi və qəti bir məlumata əsaslanaraq bir hadisənin ortaya çıxması. Məlumat.
|
Şeytan: Əsli "baude" mənasında "şətənə" kökündən olan söz. Uzaqda qalma, uzaqlaşma. Atəşdən yaradılan və Allaha üsyan edən. Günah və üsyanda həddindən artıqlığa gedən. İnsanı tüğyana sürüyən hər şey. Həddi aşan hər azğın. İnsanlardan və cinlərdən (İbni Abbas, Ata, Mücahid, Həsən və Katadeyə görə) rəhmətdən qovulmuş hər hansı bir azğın. İtaətsiz, qürurlu, yola gəlməz olanların hamısına şeytan deyilir. Allahın əmrinə arxa çevirən, azdıran, sapan və sapdıran, hiyləgərcə nizamlar quran.
|
Şeytanın Addımları: Şeytanın çəkdiyi, təşviq edib sürüdüyü yollar; şeytanın əsərləri, izləri, davranış formaları, həyata tərzi.
|
Şəfaət: Vasitəçilik, araya girmə. Vasitəçilik. Bir kəsin başqası üçün bağışlanma diləməsi, onun haqqında xoş söz söyləyib əfvini istəməsi. Yaxınlaşma, yaxınlaşdırma. Cahil cəmiyyətdə qul ilə Allah arasında vasitəçilik etmə, axirətdə özünə bağlı olanları Allahın əzabından qurtarma gücü. Bu mənada şəfaət Quranda şirk olaraq xarakterizə edilmişdir. Bir başqası üçün kömək diləmək. Qüvvətləndirmə, xeyirdə və ya şərdə ortaq olma. Adamın bir başqasına xeyir və ya şər bir istiqamət göstərməsi, yol çəkməsi, üsul təsbit etməsi.
|
Şəhid: Allah yolunda öldürülən kimsə. Şahid. Ölümü ilə və müqəddəs qanının axması ilə Allahın özü üçün hazırladığı zəngin nemətləri və bənzərsiz lütfkarlıqları dərhal görən adam.
|
Şəhvət: Arzu, ürəyi istəmək. Cinsi istək. İştaha. Arzu və istək gücü.
|
Şək: Şübhə, tərəddüd. Məlumatsızlığın ortaya çıxardığı qərarsız və narahatlıq verici vəziyyət.
|
Şəriət: Açıq-aşkar yol. Bir çay və ya bir su qaynağından su içmək və ya su götürmək üçün girilən, izlənilən yol. Termin olaraq ilahi yol. Hüquq sistemi. Halal və haramlar məcmuəsi. Din. Quranın ümumi hökmləri və qaydaları.
|
Şirk: Allaha hər hansı bir şəkildə ortaq qoşmaq, bənzər, bərabər, bərabər tutmaq. Həqiqətdə yalnız Allahın sahib olduğu xüsusiyyətlərə başqalarının da sahib olduğuna inanmaq. Hökmdə, əmrdə, itaət və qulluqda bir başqasının da pay və səlahiyyət sahibi ola biləcəyini qarşıya qoymaq. Kainatın rəhbərliyində Allahdan müstəqil güclərin və ya öz başına qanunların təyin ediciliyinə, Allahdan başqa bir sıra insanların və ya təşkilatların da hökmdə söz sahibi ola biləcəklərinə inanmaq.
|
Şura: Toplanıb bir-biri ilə məsləhətləşən birlik.
|
Şura-Müşavirə: Müşavirə və işarə. Bir araya gəlib düşüncə və fikir bəyan etmə, fikir bildirmək.
|
Şükür: Yaxşılığı yaxşılıqla qarşılama. Nemətin dilə gətirilməsi, haqqının verilməsi. Küfrün əksi.
|
Şüur: Duyğularla dərk etmək, ağıl, fərqləndirmək. Təfəkkür. Bəzi insani güc və bacarıqlarla bir yerə çata bilmə.
|