K
Kafur: Bütün xüsusiyyətləri ilə gözəl içki. Ağ və xoş bir rəngdə, qoxusu insanın içini rahatladan, sərin, xarab olmayan, ürəyi gücləndirən. Cənnət bulaqlarından bir bulaq.
Kahin: Keçmişdən və ya gələcəkdən xəbər verdiyinə inanılan, qorxu və zənndə olaraq insanları aldadan, azdıran adam.
Kanit: Ümidini kəsmiş adam. Xeyirə çatmada ümidini itirən.
Kanitat: İtaət edən qadınlar. Quranda, Allaha itaət edən mömin qadınlar.
Karye: Yaşayış zonası. Qəsəbə, şəhər, ölkə.
Karz: Qaytarmaq şərti ilə başqasına verilən şey, mal, pul. Borc.
Karzı-Həsən: Malın ən yaxşısını Allah üçün xərcləmə, yoxsullara vermə. Allah qarşılığını həm dünyada, həm də axirətdə daha gözəliylə verər.
Kavvam: "Qövm"ün mübaliğəsi olub məsul, güdücü. Ailənin dolanışığından məsulliyyətli olan kəs. Böyük. Səlahiyyət və məsuliyyət sahibi olan saleh vəli. Quranda bir qadının ehtiyaclarını aradan qaldıran, qorunmasına diqqət göstərən.
Kəbə: Kub şəklindəki hər bir quruluş, ev. İnsanlar üçün qurulan ilk ev. Həcc ibadətində ətrafında təvaf edilən Allahın evi. Qiblə istiqaməti.
Kəbirə: Hərfi mənası böyük. Termin kimi böyük günahlar. Çoxluğu Kebair(Böyük günahlar). Şirk, zina, haqsız yerə adam öldürmə və. s.
Kəffarə: Günahı örtən, aradan qaldıran, qarşılığı olan. Quranda günahlara görə ödənməsi lazım olan qarşılıq. And kəffarəsi kimi. Oruc tutmaq, yoxsul doyurmaq və ya bir köləni azadlığına qovuşdurmaq kimi gözəl hərəkətlərlə günahı yumaq olar.
Kərəm: Lütfkarlıq, ehsan, bol nemət. Böyük şərəf, üstünlük, ucalıq. İnsan üçün istifadə edildiyində gözəl əxlaq və tərif mövzusu xüsusiyyətlərə sahib olan adam mənasını verər.
Kərim: Çox üstün, uca, şərəfli. Hər şeyin yaxşısı, gözəli, faydalı, uca və yumşaq olanı.
Kibir: Təkəbbür, qürurlanma, məğrur olmaq. Özündə var olmayan üstün bir gücü və böyüklüyü özündə göstərmə.
Kibriya: Əzəmət, böyüklük, ucalıq. Mülk və Cəlal.
Kiram: Kərimin çoxluğu olaraq Allah qatında üstün və şərəfli kəslər.
Kitab: Yazılmış şey. Quranda Allahdan gələn hökmlər, əmrlər, vəhy məcmuəsi. Quran və digər peyğəmbərlərə endirilənlər. Yaş-quru hər şeyin yazılı olduğu Allah qatındakı kitab, Lövhü-məhfuz.
Kövsər: Cənnətdə bir çay. Bol xeyir. Çox. Peyğəmbərin övladı, peyğəmbərə tabe olanlar, İslam ümməti, Quran, peyğəmbərə elmdə varis olan alimlər, üləma kimi mənalarda şərh olunmuşdur.
Küfr: Hərfi mənası bir şeyi örtmək, gizləmək, göz ardı etmək ya da verilən nemətə nankorluqla cavab vermək. Həqiqəti, dəyişməz həqiqəti qəbul etməmək, bilə-bilə rədd etmək, qarşı çıxmaq, örtməyə çalışmaq. Allahın birliyini, peyğəmbərlərini və onlara endirilənləri ya da onların bir hissəsini rədd etmək, inkar etmək, inkarçı olmaq. Allahın verdiyi bütün nemətlərə qarşılıq şükr etməmək, böyük nankorluqla üsyan etmək.
Küfran: Nemətə qarşı nankorluq. İnkar edərək güclərin və nemətlərin sui-istifadə edilməsi.
Küfv: Bərabərlik, bənzərlik. Qarşılıqlı.
Kürsi: Üzərində oturulan şey. Səltənət və qüdrət simvolu. Quranda, elm, mülk, Ərş. Ərşin yanında bir başqa mövqe.




Əsas Səhifə