S
Saat: Zamanın hissələrindən biri, qısa zaman hissəsi. An. Qiyamət.
Sabii: Müxtəlif görüşlərə görə din dəyişdirən, ulduzlara, mələklərə tapınan və ya Çin və Hind dinlərinə mənsub adam.
Sadiq: Doğru söz, etibarlı. Bağlılığından heç bir şey azaltmayan, itirməyən. Allaha qəlbən bağlı, elm öyrədən. Yaxşılıqları pisliklərindən həmişə çox olan. Muhlis.
Salam: Sülh və sağlamlıq diləyi. Təslimiyyət. Salamatlıq, təhlükəsizlik. Hər cür eyib və nöqsanlıqdan uzaq olmaq. Hər an və hər cür təhlükəsizlik, sağlamlıq diləyi.
Salat: Bud sümüklərinin hərəkəti. Təbrik, müqəddəslik. Dua. Həmd etmə. İlahi rəhmət, istiğfar. Namaz. Yəhudi məbədləri, sinaqoqlar.
Saleh əməl: İslah edən, düzəldən.
Saleh Əməl: Quranda Allahın endirdiyi dinə uyğun hər cür davranış, faydalı, islah edici, düzəldən. Fərzlər.
Saleh: Gözəl davranış, Allahın rizasına uyğun hərəkət edən adam.
Saməd: Bütün ehtiyacların qarşılanıb görülməsində yalnız özünə müraciət edilən, tək sığınacaq olan. Sonu, zavalı olmayan. Ulular xalqı. Eşidən. Allah.
Savab: Dünyada və axirətdə yaxşı əməlin qarşılığı, böyük mükafat.
Savab: Qarşılıq. Xeyir üçün də, şər üçün də (cəza sözü kimi) mütləq qarşılıq mənasını verən bir söz. Lakin əksər hallarda xeyir və gözəl qarşılıq, üstün mükafat, qiymətsiz mükafat mənalarında istifadə edilər.
Sehr: Cadu. Səbəbi gizli olan incə şey. Aldatmaca, yalan görünüş, illüzyon, xəyal. Şeytana yaxınlıq, onunla köməkləşmə. Zərçilik, şarlatanlıq, cazibə.
Sə bil: Yol. Məsuliyyət. Hidayət.
Səbir: Təmkin, tələsməmək. Bir kəsi bir şeydən saxlamaq, nəfsinə hakim olmaq. Termin olaraq nəfsi İslamın uyğun hesab etdiyi şəkildə bir sıra şeylərdən uzaq tutmaq, nəfsi şəhvətdən uzaq tutmaq. Mətanət. Allah yolunda cihad kimi hər cür çətinliyə səbir etmək. İnsanı imtahandan keçirən müsibətlər qarşısında üsyan etməmək. Çətinliklərə sinə gərmə və etiraz etməmək.
Səcdə: Namaz və ibadət. Allahın hüzurunda boynu bükük və əyilmək. Bütün canlı və cansızların Allahı zikr tərzi. Boyun əymək, alını yerə qoymaq, əmrə tabe olma, böyük bir təvazökarlıqla alçalma. Salam, ehtiram, hörmətlə əyilmə.
Sədaqət: Bağlılıq.
Sədaqət: Düzgünlük, razılaşma, razılıq. Yalanın əksi.
Sədəqə: Düzgünlük sözündən götürülüb. Allah rizası üçün ehtiyacı olanlara mal, vergi vermək. Buna Allaha sədaqət və bağlılıq olduğuna görə sədəqə deyilmişdir.
Səfeh: Yüngül. Ağılsız. Sərvət və rifah içində məsuliyyətsiz şəkildə yaşamaqdan qürurlanmaq, şişmə.
Səhifə, Suhuf: Üzərində yazı yazılan kağız, yarpaq. Peyğəmbərlərə endirilən vəhylər. Lövhi-Məhfuzdakı nüsxə.
Səhv: Səhv, günah, kiçik günah, üsyan. Bəzən bilməyərək edilən istənmədən hərəkət.
Səkinə: Güvən və hüzur, dinclik duyğusu. Sakitləşmə, sakitlik. Ürəyin rahat olması. Rəhmət. Stabillik, dözümlülük.
Sənət: Bir işin ortaya qoyulması. Şüurlu varlıqlar üçün istifadə edilən bir sözdür. Etmək, icad etmə, törətmək, bir sənətdə olmaq, əməliyyat aparmaq, fərqli bir hərəkətdə olmaq mənalarını verir.
Səy: Səy göstərmək, cəhd. Əmək. Qaçmadan sürətlə getmə. Termin olaraq Həccdə Səfa ilə Mərvı arasındakı sürətli gediş, yeyin gediş.
Siddiq: Özündə düzgünlükdən başqa bir şey olmayan.
Sidrətül-Müntəha: Səmaları, Cənnətləri qucaqlayan ulu varlıq ağacdır, Peyğəmbərlərin və mələklərin çata bildikləri elmin sonudur. Sidrə, Ərşi Əlanın altındadır. Oradan o tərəfə nə bir mələk, nə bir Peyğəmbər yaxınlaşa bilməz. Oradan irəli qeyb aləmidir. Allahdan başqa heç kim elmi oraya daxil ola bilməz.
Siratül-Müstəqim: Hərfi mənası, geniş küçə, işlək yol. Quranda doğru olan Allahın yolu. Səhv olmayan İslam dini. İnsanı cənnətə və əbədi xoşbəxtliyə çatdıran gediş tərzi.
Sirət: Birisinin mənəvi əhvalı. Tərcümeyi-hal. Termin olaraq hz. Peyğəmbərin ölənədək izlədiyi yol.
Sultan: Dəlil. Sənəd. Məcburedici güc. Burhan. Huccət. Qatilin əleyhinə qisas . Qələbə, üstünlük, zəbt. Kitab.
Sur: Fit və ya boru kimi içinə üfürülüncə səs verən əşya, buynuz. İsrafilin üfürdüyü, diriliş və hesab vaxtını bildirən səs. Qiyamətin xəbərçisi.
Surə: Yüksək rütbə, mövqe, binada qat və bir yaşayış zonasının ətrafındakı sur mənalarını verər. Quranın 114 hissəsindən hər biri.
Sünnə: Yol, gediş tərzi. Qanun. Keçmiş ümmətlərin başından keçənlər, məhvinə gətirib çıxaran həqiqi səbəblər, izlənilən üsul. Bir şeyin praktikası. Ümumi tarixi, ictimai və kosmik qanunlar.