AyeAxtar.com - Nəsr surəsi
Nəsr surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
-
Allahın köməyi və fəth (zəfəri) gəldiyi zaman,
(Nəsr surəsi, 1)
📋
-
Və insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördüyün zaman,
(Nəsr surəsi, 2)
📋
-
Rəbbinə həmd edərək Onu təsbeh et və Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir.
(Nəsr surəsi, 3)
📋