AyeAxtar.com - Haqqə surəsi
Haqqə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
-
Haqq olan qiyamət!
(Haqqə surəsi, 1)
📋
-
Nədir o haqq olan qiyamət?!
(Haqqə surəsi, 2)
📋
-
Haqq olan qiyamətin nə olduğunu sən haradan biləsən?!
(Haqqə surəsi, 3)
📋
-
Səmud qövmü də, Ad qövmü də qəlbi qorxuya salanı (qiyaməti) yalanlamışdılar.
(Haqqə surəsi, 4)
📋
-
Səmud qövmü qorxunc bir səslə məhv edildi.
(Haqqə surəsi, 5)
📋
-
Ad qövmü isə uğultulu və şiddətli bir qasırğa ilə məhv edildi.
(Haqqə surəsi, 6)
📋
-
Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.
(Haqqə surəsi, 7)
📋
-
Bəs sən onlardan geriyə qalan bir şey görə bilirsənmi?
(Haqqə surəsi, 8)
📋
-
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş məmləkətlər də o günahı etdilər (şirkə düşdülər).
(Haqqə surəsi, 9)
📋
-
Onlar Rəbbinin elçisinə qarşı çıxdılar. Buna görə də Allah onları getdikcə şiddəti artan bir şəkildə (əzabla) yaxaladı.
(Haqqə surəsi, 10)
📋
-
Hər tərəfi su basdığı zaman üzüb gedən gəmidə sizi Biz daşıdıq.
(Haqqə surəsi, 11)
📋
-
O sizin üçün bir ibrət dərsi olsun və dinləyib dərk edənlər onu yadda saxlasın deyə belə etdik.
(Haqqə surəsi, 12)
📋
-
Sura bir dəfə üfürüləcəyi zaman,
(Haqqə surəsi, 13)
📋
-
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman,
(Haqqə surəsi, 14)
📋
-
Məhz o gün qiyamət qopacaqdır.
(Haqqə surəsi, 15)
📋
-
Göy yarıldı və çatladı; artıq həmin gün o, “bükülüb-zəifləmişdir”.
(Haqqə surəsi, 16)
📋
-
Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.
(Haqqə surəsi, 17)
📋
-
O gün siz (Allahın hüzuruna) gətiriləcəksiniz. Sizə aid heç bir sirr gizli qalmayacaqdır.
(Haqqə surəsi, 18)
📋
-
Kitabı sağ tərəfindən verilən belə deyəcəkdir: “Alın kitabımı oxuyun!
(Haqqə surəsi, 19)
📋
-
Mən əməllərimin haqq-hesabı ilə qarşılaşacağımı dəqiq bilirdim”.
(Haqqə surəsi, 20)
📋
-
Buna görə də o, razı qalacağı bir həyat içində,
(Haqqə surəsi, 21)
📋
-
Uca bir cənnətdə olacaqdır.
(Haqqə surəsi, 22)
📋
-
Onun meyvələri (dərilməsi asan olsun deyə) yaxın olacaqdır.
(Haqqə surəsi, 23)
📋
-
(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllərinizə görə nuşcanlıqla yeyin-için!”
(Haqqə surəsi, 24)
📋
-
Kitabı sol tərəfindən verilən isə belə deyəcəkdir: “Kaş mənə kitabım verilməyəydi.
(Haqqə surəsi, 25)
📋
-
Əməllərimin haqq-hesabını heç bilməmiş olaydım.
(Haqqə surəsi, 26)
📋
-
Kaş ölümlə hər şey bitmiş olaydı.
(Haqqə surəsi, 27)
📋
-
Mal-mülküm mənə heç bir fayda vermədi.
(Haqqə surəsi, 28)
📋
-
Səltənətim də yox olub getdi”.
(Haqqə surəsi, 29)
📋
-
(O gün mələklərə belə deyiləcək:) Onu tutub bağlayın!
(Haqqə surəsi, 30)
📋
-
Sonra cəhənnəmə atın!
(Haqqə surəsi, 31)
📋
-
Sonra da onu yetmiş arşın uzunluğundakı bir zəncirə vurun!
(Haqqə surəsi, 32)
📋
-
Çünki o, əzəmətli Allaha inanmırdı.
(Haqqə surəsi, 33)
📋
-
O, (insanları) yoxsulu doyuzdurmağa təşviq etmirdi.
(Haqqə surəsi, 34)
📋
-
Ona görə də bu gün burada onun heç bir yaxın dostu yoxdur.
(Haqqə surəsi, 35)
📋
-
Orada irindən başqa heç bir yemək yoxdur.
(Haqqə surəsi, 36)
📋
-
Onu yalnız günahkarlar yeyər.
(Haqqə surəsi, 37)
📋
-
And içirəm görə bildiklərinizə
(Haqqə surəsi, 38)
📋
-
Və görə bilmədiklərinizə ki,
(Haqqə surəsi, 39)
📋
-
Həqiqətən, o (Quran), çox şərəfli bir elçinin sözüdür!
(Haqqə surəsi, 40)
📋
-
Bu, uydurma söz deyildir. Nə qədər də az inanırsınız!
(Haqqə surəsi, 41)
📋
-
O, kahin sözü də deyildir. Nə qədər də az düşünürsünüz!
(Haqqə surəsi, 42)
📋
-
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
(Haqqə surəsi, 43)
📋
-
Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı,
(Haqqə surəsi, 44)
📋
-
Biz onun gücünü və qüdrətini əlindən alardıq.
(Haqqə surəsi, 45)
📋
-
Sonra onun şah damarını qopardardıq.
(Haqqə surəsi, 46)
📋
-
Sizdən heç kəs də buna mane ola bilməzdi.
(Haqqə surəsi, 47)
📋
-
Həqiqətən, bu (Quran), müttəqilər üçün öyüd-nəsihətdir.
(Haqqə surəsi, 48)
📋
-
Şübhəsiz ki, Biz aranızda onu yalanlayanların olduğunu yaxşı bilirik.
(Haqqə surəsi, 49)
📋
-
Həqiqətən, inkar edənlər buna (Qurana inanmadıqlarına) görə peşman olacaqlar.
(Haqqə surəsi, 50)
📋
-
Bu (Quran), danılmaz bir həqiqətdir.
(Haqqə surəsi, 51)
📋
-
Elə isə əzəmətli Rəbbinin adını təsbeh et!
(Haqqə surəsi, 52)
📋